fbpx

İlk dəfə “Albalı və gilas” festivalı keçirilib

BEY.AZ informasiya agentliyi xəbər verir

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, “Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanda ilk dəfə “Albalı və gilas” festivalı keçirilib.

Metbuat.az xəbər verir ki, tədbir Xaçmaz şəhərindəki “Zəfər” parkında təşkil olunub.

Festivalda nazirlik nümayəndələri, şimal rayonlarının icra hakimiyyətinin rəhbər şəxsləri, alimlər, fermerlər, aqrar sahədə fəaliyyət göstərən şirkət əməkdaşları, eləcə də yerli və xarici qonaqlar iştirak edib. Tədbirin keçirilməsində məqsəd fermerlərin yetişdirdiyi albalı və gilas növlərini nümayiş etdirmək, fermer və sahibkarlar arasında işgüzar əlaqələri genişləndirməkdir.

Albalı-Gilas festivalının Xaçmaz rayonunda keçirilməsi təsadüfi deyil. Ölkə üzrə gilas bağlarının 35%-i, istehsal olunan gilasın isə 42%-i Xaçmaz rayonunun payına düşür. Ötən il Xaçmaz rayonunun gilas bağlarında orta məhsuldarlıq respublika göstəricisindən 21% çox, yəni 97 sentner təşkil edib. Xaçmaz rayonu meyvə bağları, xüsusilə də gilas üzrə ixtisaslaşmış rayonlardan biri sayılır. Azərbaycanda yetişdirilən albalı və gilasa xarici bazarlarda maraq böyükdür. Məhz bu səbəbdən Xaçmaz rayonunun iqtisadiyyatında meyvə ixracatı xüsusi yer tutur. Xaçmazlı fermerlərin yetişdirdiyi gilas və albalı məhsulları xarici bazarlara ixrac edilir və fermerlərimiz meyvə ixracından yaxşı gəlir əldə edirlər.

Məhsul istehsalının artması, fermerlərimizin hər il daha çox gəlir əldə etməsi dövlətin aqrar sahədə əsas hədəflərindəndir. Bu səbəbdən müasir intensiv bağların salınması dövlət tərəfindən dəstəklənir, bu sahəyə subsidiyalar ayrılır. İntensiv gilas bağları salan fermerlərə, sahibkarlara ilk 4 il ərzində hər hektara görə 730 manat, sonrakı illərdə isə 250 manat subsidiya ödənilir. Eyni zamanda, bağlarda quraşdırılan müasir suvarma sistemlərinin dəyərinin 40%-ni dövlət ödəyir. Bu dəstək tədbirləri fermerləri müasir bağlar, o cümlədən gilas bağları salmağa həvəsləndirir. Nəticədə məhsul istehsalı artır, ixracat artır, gəlirlər çoxalır. Dövlət bu səbəbdən meyvə bağlarının salınmasına dəstək tədbirlərini gələcəkdə də davam etdirəcək.

Açılış mərasimindən sonra festivalın qonaqları kənd təsərrüfatı şirkətlərinin təqdimalarını izləyib, milli kulinariya nümunələri və xarici ölkələrin mətbəxləri ilə tanış olublar. Festivalda mədəni-etnoqrafik tədbirlər, ağır atletlərin çıxışı, müxtəlif əyləncəli yarışlar və müsabiqələr təşkil edilib. Festival zamanı mütəxəssislər tərəfindən kənd təsərrüfatı məhsul istehsalçılarına məsləhət xidməti də göstərilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin