İlkay yenidən İngiltərə Premyer Liqasında
Almaniya millisinin türk əsilli təcrübəli futbolçusu İlkay Gündoğan keçmiş komandası “Mançester Siti”yə geri dönür.
BEY.AZ xəbər verir ki, bu barədə ingilis mediasından “Athletic” məlumat yayıb. Məlumata görə, futbolçu ilə 2 illik müqavilə imzalanacaq. “Barselona” isə İlkayla olan müqaviləsinə xitam verəcək.
Qedy edək ki, İlkay Gündoğan “Mançester Siti”dən ötən mövsüm ayrılaraq “Barselona”ya keçmişdi. O, İngiltərə klubuna Pep Qvardiolanın ilk transferi olaraq gəlmişdi və burada 304 matçda meydana çıxıb, bu matçlarda 60 qol vurub və 38 məhsuldar ötürmə edib.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |