İlon Maskdan yeni addım: Sosial media platforması yaradır
BEY.AZ informasiya agentliyi xəbər verir
“SpaceX” aerokosmik şirkətinin qurucusu amerikalı milyarder İlon Mask yeni sosial media platforması yaratmaq istəyir.
Metbuat.az xəbər verir ki, bu barədə ciddi düşündüyünü bildirən Mask belə bir addımı atmasına səbəb kimi Tvitterin söz azadlığı baxımından düzgün davranmamasını əsas gətirib.
İlon deyib ki, söz azadlığı prinsiplərinə əməl etməmək demokratiyanı kökündən sarsıdır. Belə olan halda isə yeni sosial platformaya ehtiyac yaranır.
Qeyd edək ki, 2021- ci ilin yanvar ayında keçmiş prezident Donald Tramp da İlon Maskın atmaq istədiyi bu addımı reallaşdıraraq “Trump Media və Texnologiya Qrupu”nun bir hissəsi olaraq “Truth Social” ı işə salmışdı.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.