fbpx

İlon Maskın bir dollarla bağlı dedikləri biznes manipulyasiyasıdır

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Son günlərdə iş adamı, “Tesla” elektrik avtomobil istehsalçısının rəhbəri İlon Maskın 2013- cü ilə aid bir dollarlıq əskinasları bitkoinlə dəyişəcəyi haqqında məlumatlardan sonra bəzi işbazlar əllərində olan bir dollarlıq əskinasları satış platformalarında dəyərindən dəfələrlə yuxarı qiymətə satışa çıxarıblar.

Metbuat.az bu məsələnin nə qədər real olub-olmaması ilə bağlı suallarını iqtisadçı-ekspert Eldəniz Əmirova ünvanlayıb. Müsahibimiz bildirdi ki, təəssüf ki əskinaslarla bağlı olan məsələ reallığı əks etdirmir.

Rüya tabirlerini burdan oku

“Müəyyən insanlar şöhrət tapdıqdan sonra onların hər sözü cəmiyyətə, planetə ciddi şəkildə təsir göstərir. Xüsusilə bu insanların davranışları maliyyə və iqtisadi fəaliyyət sahəsindədirsə daha çox təsir etmə bacarığına malik olur. Çünki insanlar düşünür ki, adam bu qədər pulu toplaya bilibsə, deməli ağıllı adamdır və dedikləri də doğru ola bilər. İlon Maskın bu davranışları bilavasitə kriptovalyutanın aktivliyinə və daim diqqət mərkəzində saxlanılmasına xidmət edir. Bütün bunlar biznes maraqlarının inkişafı üçündür. Heç bir iqtisadi əsası olmayan bu açıqlamalar adətən “sabun köpüyü” effekti yaradır və gələcək inkişaf da vəd etmir”.

Ekspert onu qeyd etdi ki, bəzi insanların maliyyə savadlılığının olmaması onları manipulyativ davranışlara maraq göstərməyə sövq edir. Məhz onun nəticəsidir ki, bir dollarlıq əskinasların dəyərli olduğunu düşünərək bunları almağa həvəs göstərənlər var.

Qeyd edək ki, hazırda satış platformalarında müxtəlif illərdə dövriyəyə buraxılan əskinasların dəyəri 100-20 min manat arasında dəyişir.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu