İlon Maskın super kompüteri görüntüləndi
Amerikalı milyarder İlon Maskın yeni layihəsi “xAI Colossus”un işləyəcəyi super kompüter görüntülənib.
BEY.AZ xəbər verir ki, görüntünü yutuber çəkib. Məlumata görə, “xAI Colossus” kompüteri 100 min qrafik emal vahidindən ibarətdir. Artıq istifadəyə verilən sistemi quraşdırmaq üçün 122 gün sərf olunub.
“Colossus”un əsas işi X platformasında süni intellektlə dəstəklənən “Grok” kimi chat botların AI modellərinin təlimini həyata keçirməkdir. İlon Mask bildirib ki, “xAI Colossus” kompüterində çiplərin sayı 200 minə çatdırılacaq. Məlumata görə, İlon Maskın yeni nəhəng kompüteri OpenAI ilə rəqabətdə ən mühüm qüvvəsi olacaq.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |