fbpx

İlon Maskla bağlı YENİ İDDİA: Pekinlə gizli razılaşma əldə edib?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

İlon Maskın “Twitter”ə sahiblənməsi ətrafında gərginlik azalmır. İlon Mask buna 44 milyard dollar xərcləməlidir. Bu sahiblənmədən ehtiyatlananlar az deyil. Belə fikirlər səslənir ki, sosial şəbəkədə fikir azadlığı məhdudlaşdırıla bilər.

“Atlas” Araşdırmalar Mərkəzi Elxan Şahinoğlu hesab edir ki, bu məhdudlaşma qərarı Maskın Çinlə yaxın əlaqələri nəticəsindədir.

Rüya tabirlerini burdan oku

“Pekin “Twitter”i Çin ərazisində 2009-cu ildən qadağan edib. Çinlilər bu şəbəkəyə fərqli texnologiyalar istifadə etməklə qoşulurlar. Pekin buna qarşılıq Çin rejiminin siyasətini dəstəkləyən on minlərlə hesab vasitəsilə təbliğatını gücləndirib. İlon Maskın Çinin müxtəlif şirkətləri ilə əməkdaşlığı mövcuddur. Mask bunun sayəsində gəlirlərini artıra bilir. Bu səbəbdən Amerikadakı mühafizəkarlar ehtiyat edirlər ki, İlon Mask “Twitter” sahibləndikdən sonra bu şəbəkədə Çinin siyasətini tənqid etmək, insan haqları pozuntularını işıqlandırmaq çətinləşəcək. Yəni mühafizəkarlar demək istəyirlər ki, İlon Mask Pekinlə gizli razılaşma əsasında “Twitter”də Çinin tənqidini neytrallaşdıracaq”.

Qeyd edək ki, “Tesla” şirkətinin rəhbəri İlon Maskın ABŞ prezidenti Co Baydeni tənqid etməsi də cavabsız qalmayıb. İlon Mask Baydenin siyasətinin Amerikanı fəlakətə sürüklədiyini bir neçə dəfə bildirib. Maskın fikrincə, mövcud siyasət Amerikanı parçalayacaq. Buna cavab olaraq Bayden istehzalı şəkildə “Maska uğurlu şəkildə aya enməyi arzu edirəm” fikrini səsləndirib. Maskın sözlərinin əksinə olaraq Bayden ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini, sənaye istehsalının artdığını iddia edib.

Gülbəniz Hüseynli / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu