fbpx

İlyas Hüseynov: Anlaşma Memorandumu Ermənistanın iqtisadi vəziyyətini daha da gərginləşdirəcəkdir

BEY.AZ informasiya agentliyi xəbər verir


“İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu iki ölkə arasında iqtisadi – ticari, siyasi sahələrdə münasibətlərin bundan sonra da dərinləşəcəkdirəcəkdir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında politoloq İlyas Hüseynov edib. İl yarımdan çox müddət ərazində Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistan tərəfindən konstruktiv yanaşmanı gözlədiyi təqdirdə qarşı tərəfdən müsbət addımlar atılmadığını bildirən müsahibimiz qeyd etdi ki, avtomobil, dəmir yolu, rabitə və elektrik enerjisinin nəqli də bu yeni Anlaşma Memorandumu sayəsində baş tutacaq.

 Ermənistanda millətçilik meyilləri qanqren kimi erməniləri daxildən aşındırır -

“Yaxın zamanda bütün regionun nəqliyyat, kommunikasiya strukturunda yeni bir yanaşmanı müşahidə edəcəyik. Azərbaycanla İran arasında diplomatik münasibətlərin yaradılmasının 30 illik yubileyi ərəfəsində imzalanan bu tarixi sənəd Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarını məhz İran ərazisi vasitəsilə həyata keçirməyə imkan verəcəkdir”.

Politoloq xatırlatdı ki, 2021-ci ilin yanvarın 11- də Moskvada imzalanmış üçtərəfli Bəyanat əsasında birgə komissiyanın öz işinə başlasa da Ermənistan tərəfi komissiyanın işinə müxtəlif əngəllər törətdi. Ermənistan tərəfinin Zəngəzur dəhlizi ilə bağlı konkret fikirlərlə çıxış etmədiyini bildirən İlyas Hüseynov qeyd etdi ki, Azərbaycan iqtisadi və texniki sahədə əsaslandırmanı Ermənistana təqdim etsə də, yekun bir nəticə əldə etmək mümkün olmadığından rəsmi Bakı alternativ marşrutlara nəzər saldı.

“Araz çayı boyunca Ermənistan sərhədlərindən 5 kilometr məsafədə xüsusi körpülərin salınması bölgənin və daha geniş coğrafiyanın tərəqqisinə istiqamətlənən uzunmüddətli dayanıqlı inkişaf şərait yaradacaqdır. Azərbaycan xalqı Prezident İlham Əliyevin praqmatik və uzaqgörən siyasəti nəticəsində region ölkələri ilə qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq həmçinin bərabərhüquqlu münasibətlər sistemində xalqların rifahı haqqında irəli sürülən tezislərinin dəstəklənməsinin şahidi oldu. Bu gün dövlətimizin iqtisadi rifahı fonunda Azərbaycanın əməkdaşlıq zəminində konstruktiv səylərini inkar etdiyinə görə peşman olan Ermənistan siyasi və geosiyasi nöqteyi-nəzərdən dalana çevrilib. Azərbaycan məhz Qarabağ istiqamətində sülhün və birgəyaşayışın formalaşdırılması üçün iqtisadi əməkdaşlığı gücləndirməklə Şərqi Zəngəzur iqtisadi rayonunun dirçəldilməsinin məhz Qarabağımızın, Şərqi Zəngəzurun yenidən qurulması prosesinin tərkib hissəsi olduğunu nümayiş etdirdi. Dörd körpüdən ibarət olan bu dəhliz Ermənistanın iqtisadi vəziyyətini daha da gərginləşdirəcəkdir”.

Müsahibimiz onu da qeyd etdi ki, İranla Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycan Türkiyəyə oradan da Qərbə çıxış imkanı əldə edir.

“Bu əməkdaşlıq bölgədəki nəqliyyat infrastrukturunu yeniləməklə bərabər Azərbaycanın tarixi geosiyası inkişafına da təkan verəcəkdir” – deyə politoloq fikrini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin