İmran Xan vəzifədən uzaqlaşdırıldı
BEY.AZ informasiya agentliyi xəbər verir
Pakistan parlamentində bu gün ölkənin Baş naziri İmran Xana etimadsızlıq səsverməsi keçirilib.
Metbuat.az xəbər verir ki, səsvermədən əvvəl parlamentdə 13 saatlıq müzakirələr aparılıb.
Səsvermə zamanı İmran Xana etimadsızlıq göstərilib.
Səsvermədən əvvəl İmran Xan Pakistanın Baş Qərargah rəisi Qamar Caved Bajva ilə görüşüb. Orduda parlament prosesindəki gecikmə ilə bağlı tənqidlərin artdığı qeyd olunur.
Müzakirələrdən sonra parlamentin aşağı palatasının spikeri, İmran Xanın “Pakistan Təhrik-e-İnsaf” partiyasının üzvü Əsəd Qaysar istefa verib.
Hökumətin vəzifəli şəxslərinə ölkəni tərk etmək qadağan edilib. Parlamentin önünə zirehli polis maşınları və penitensiar xidmətin maşınları gətirilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.