fbpx

İmsak və ifta vaxtı belə qidalanın

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


İctimai həyatımızda önəmli yer tutan Ramazan ayında günboyu yemək yeyilmədiyi üçün imsak və iftar yeməklərinə xüsusi diqqət verilməlidir. İmsak sadə nahardan, iftar isə axşam yeməyindən daha zəngin hazırlanmalıdır. Buna görə də, Ramazan ayı ilə birlikdə bəslənmə vərdişlərində də dəyişikliklər edilir.

Metbuat.az saglamolun.az-a istinadən xəbər verir ki, oruc tutarkən bəslənməyə daha çox diqqət göstərilməli, yağlı yeməklərin qəbulundan çəkinməliyik. Yeməklərin ağır olmamasına, az yağlı və yağda qızardılmayan yeməklərin seçilməsinə diqqət yetirilməlidir.

Hər vaxt təklif edildiyi kimi bu ayda da məqsəd kafi və balanslı bəslənməyi qoruyub saxlamaqdır. Orucluq ayında da pay sayının ən az üç hissəyə bölünməsi məsləhət görülür. Belə bəslənmə şəklinə diqqət yetirməyən sağlam insanlarda zaman-zaman həzm çətinlikləri, mədə və bağırsaqlarda həddindən artıq qaz yaranması, anidən təzyiqin yüksəlməsi kimi problemlər yarana bilər. Xüsusilə bu dövrdə yeyilən unlu məmulatlar və yüksək kalorili qidalar çəkinin artmasına, kökəlməyə səbəb ola bilər. Ramazanda iftar süfrələrinə qoyulan qidaların kalorili, insan sağlamlığı üçün lazımlı qida elementlərini özündə birləşdirən, vitamin və minerallarla zəngin olması vacibdir. Xüsusilə quru paxlalı, tərəvəz və ya qatıq ilə hazırlanmış şorbalar, süd və süd məhsullarından istifadə etmək sağlamlıq baxımından daha yararlıdır. İftarda qatıq qəbulu həzmdə yaranan çətinliyi aradan qaldırır.

Rüya tabirlerini burdan oku

Ramazan aylarında qəbizlik şikayətinin qarşısını almaq üçün iftardan bir-iki saat sonra meyvəyə üstünlük vermək lazımdır. Hər axşam 2-3 pay meyvə qəbulu günlük vitamin ehtiyacını ödəmiş olur. Meyvəni yatmazdan 1-1,5 saat əvvəl qəbul etmək məsləhətdir. Xüsusilə yayda ən çox istifadə edilən qarpız çoxsulu olduğuna görə iftardan sonra əla seçimdir. İftardan iki saat sonra yüngül yürüşə çıxmaq həzmi asanlaşdırar və daha rahat yatmağınızı təmin edə bilər. İçdiyiniz bütün çaylara bir darçın çubuğu atmaq qanda şəkəri qaydasına salacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İmsak #və #ifta #vaxtı #belə #qidalanın

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu