fbpx

İmtahana gələ bilməyən tələbələrə güzəşt edildi

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) qış imtahan sessiyasında iştirak edə bilməyən tələbələrə yenidən imtahan vermək şəraiti yaradacaq.

Metbuat.az xəbər verir ki, bu barədə universitetdən bildirilib.

Qeyd olunub ki, ADPU-da qış imtahan sessiyasının imtahanları qrafik üzrə davam edir: “Hazırda ölkə ərazisində və paytaxt Bakı şəhərində müşahidə olunan qarlı hava şəraiti ilə bağlı imtahanların təşkilində hər hansı problem yoxdur.
Bununla belə, Pedaqoji Universitet rəhbərliyi bildirir ki, kəskin hava şəraiti ilə bağlı yarana biləcək problemləri nəzərə alaraq, imtahanlarda iştirak edə bilməyən və ya imtahana gecikən tələbələr üzürlü hesab olunacaq və onlara əlavə vaxt təyin edilərək iştirak edə bilmədikləri və ya gecikdikləri imtahanlara yenidən qatılma imkanı yaradılacaq”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İmtahana #gələ #bilməyən #tələbələrə #güzəşt #edildi

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin