İmtahanda yüksək bal toplayan müəllim iş tapa bilmir
BEY.AZ informasiya agentliyi xəbər verir
Müəllimlərin işə qəbulu imtahanında yüksək bal toplayan və vakansiya seçimi edən Goranboy sakini hələ də tam işlə təmin olunmayıb.
Metbuat.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Gülay Əliyeva müəllimlərin işə qəbulu üzrə imtahanda 81 bal toplayıb.
O, Naftalan şəhərində 2 nömrəli tam orta məktəbdə elan olunan vakansiya üzrə müraciət edib, amma məktəbə gedəndə fərqli mənzərə ilə qarşılaşıb.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Gülay Əliyevanı Dəliməmmədli şəhərində yerləşən orta məktəbə müddətli işə təyin edib. Gənc mütəxəssis bu təyinatın ədalətli olmadığını bildirib.
Baş verən halla bağlı vətəndaş dəfələrlə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müraciət etsə də, problemi həll olunmayıb. Hətta dəfələrlə idarəyə gedən müəlliməyə hadisə ilə bağlı Bakıya müraciət edildiyi və bununla bağlı yekun nəticənin olmadığı bildirilib.
Mövzu ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, məsələ araşdırılır.
Qeyd edək ki, Gülay Əliyeva iki uşaq anasıdır, həyat yoldaşı isə Azərbaycan Silahlı Qüvvələrinin Sülhməramlı Kontingentinin tərkibində İraqda xidmət edib. Aprel döyüşlərinin iştirakçısı olub.
Ətraflı süjetdə:
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İmtahanda #yüksək #bal #toplayan #müəllim #iş #tapa #bilmir