fbpx

İmtahandan qovulan bu aktrisanın qızı imiş

BEY.AZ informasiya agentliyi xəbər verir


Aktrisa Ellada Sarvanın qızı Nur Əhmədova 9-cu sinif buraxılış imtahanından çıxarılıb.

Metbuat.az olay.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi sosial media hesabında məlumat yayıb.

O bildirib ki, qızı cibində unutduğu telefonu nəzarətçiyə verdikdən sonra imtahandan xaric edilib:

“Uşağı ədalətli olduğuna görə imtahana buraxmadılar. Zərifə Əliyeva adına Liseyin 9 sinif şagirdi Əhmədova Nur. İmtahan binasına daxil olanda, yoxlandıqdan sonra zala keçib. Gödəkcəni soyunanda cibində atasının köhnə markalı “Nokia”sını aşkar edib. Nurun öz telefonu yoxdur. Dərhal çıxarıb nəzarətçiyə təhvil verib ki, bilməmişəm, cibimdə qalıb. İmtahana bir saat 10 dəqiqə vaxt qalmışdı, imtahan vaxtı üstündə tutulmayıb. Heç nəyə məhəl qoymadan, uşağa qarşı kobudluq ediblər, ki “harasından çıxardıb bu telefonu, bilmirəm. Sənə görə zibilə düşməliyəm? Çıx öz problemini çöldə həll elə” deyib telefonu stolun üstə tullayıb. Uşaq ağlayıb ki, axı mən özüm təhvil verdim, çıxartmayn məni.

Deyiblər ki, kameralara düşüb telefon, xeyri yoxdu. Nuru binadan uzaqlaşdırıblar. Başa düşürəm, səhv məndə olub, yoxlaya bilərdim. Amma bu iş məqsədyönlü olmayıb, Nurun telefona, “şparqalka”ya və s.ehtiyacı da yoxdur. Həmin gün hava birdən dəyişdi, evdən çıxarkan dedim isti gödəkcəni geyin. Telefon onun cibində imiş, bilməyib. Yenə deyirəm, uşağı yoxlayıb içəri buraxdılar. Belə çxır ki yalan danışsaydı, heç kim o telefon haqda bilməyəcəkdi və uşaq rahat imtahanı verib çıxacaqdı? Ədalət budur? Bunları başa düşdük. Onlar qanuna görə öz işlərini görüb. Dövlət Imtahan Mərkəzinə müraciət etdim ki, uşaq təkrar imtahan versin. Dedilər olmaz! Bəs DİM necə araşdırır olar, ya olmaz? Nəyə görə mənim uşağımın atestatında ləkə qalmalıdı ki, 3 əsas fəndən 0 bal alır?

90+ qiymət alan uşaq niyə bu stressi çəkməlidir? Mənəvi zərbə aldı, onun cavabını kim verməlidir? Bu statusu yazmaqda məqsədim odur ki, araşdırılsın, mənim övladım imtahana buraxılsın. Təəssüf ki, mənim heç bir sübutum yoxdu. Biz kameradakı görüntülərì istədik. Məlum oldu ki, məktəbdə heç kamera da yoxdu. Sübutum mənim övladımdır”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İmtahandan #qovulan #aktrisanın #qızı #imiş

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin