Ötən gün dünyasını dəyişən aktyor Azər Baxşəliyevlə bağlı sənət yoldaşı İlkin Həsəni maraqlı açıqlama verib.
BEY.AZ xəbər verir ki, bu barədə o, Xəzər TV-də qonaq olarkən danışıb.
Həsəninin sözlərinə görə, əslində, Azər Baxşəliyevə böyrək köçürülməsi üçün donor tapılıbmış:
“Onu sevən tamaşaçılardan biri təmannasız donor olmaq istəyirdi. Ötən ilin mart ayından etibarən bununla bağlı sənədləşmə işləri başlamışdı. Son illərdə transplantasiya əməliyyatları üçün etika komissiyası yaradılıb. Analizlər götürüldü, sənədləşmə gedirdi. Hər dəfə soruşanda deyirdi ki, gələn ay cavab deyəcəklər. Bu proses səhv etmirəmsə, noyabrın sonuna qədər uzandı. Onda da Azərə imtina cavabı gəldi. Hansısa problem çıxdı və imtina cavabı gəldi. Bir az da bu olay Azəri sarsıtdı”.
İlkin Həsəni onu da bildirib ki, Azər Baxşəliyev xəstəxanaya yerləşdiriləndə insult keçirib.
Daha ətraflı videoda:
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |
Ana Sayfa