fbpx

İndiki nəsil milli-mənəvi dəyərlərə necə sahib çıxır?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Qloballaşmanın müxtəlif dövrlərdə xalqların yaşam fəlsəfəsinə təsiri gənc nəslin nümayəndələri qarşısında milli-mədəni dəyərlərə sahiblik tarixi-mənəvi missiyasını zərurətə çevirir. Yeni nəslin milli-mənəvi dəyərlərin qorunmasına ümumbəşəri baxışı milli dəyərlər sistemini qloballaşmanın zərərli təsirlərindən qorumaqla yanaşı, eləcə də qalibiyyət dövrünün reallığı ilə şərtlənir.

Metbuat.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi milli ideologiyanın inkişafında siyasi-ideoloji əhəmiyyətə malik olan milli-mənəvi dəyərlərə sahiblik kultunun qorunub saxlanılmasına müxtəlif dövrlərin nəsilləri arasında ictimai baxışın öyrənilməsi məqsədilə rəy sorğusu keçirib. Bu məqsədlə, respondentlərə “Sizcə, əvvəlki nəsillərlə müqayisədə indiki nəsil arasında milli-mənəvi dəyərlərə sahiblik hissi qorunub saxlanılıb, yoxsa itirilib? sualı ünvanlanıb.

Ümumi nəticələrə əsasən, sorğuda iştirak edən və müxtəlif nəsilləri təmsil edən respondentlərin təqribən yarısı və ya 48,8%-i əvvəlki nəsillərlə müqayisədə indiki nəsil arasında milli-mənəvi dəyərlərə sahiblik hissinin qorunub saxlanıldığı qənaətindədir. Kişi respondentlər (55,3%) qadın respondentlər (44,7%) ilə müqayisədə indiki nəsil arasında milli-mənəvi dəyərlərə sahiblik hissinin qorunub saxlanıldığı düşüncəsinə daha çox hakimdirlər.

Rüya tabirlerini burdan oku

Nəticələrin respondentlərin təhsil göstəriciləri aspketindən təhlili anoloji mövqenin texniki-peşə (11,2%) və ali təhsillilərdən fərqli olaraq (26,1%) orta təhsilə malik olan respondentlər (62,2%) arasında daha geniş yayıldığını deməyə əsas verir.

Bu suala mövqeyini ifadə edənlərin rəyləri respondentlərin yaşayış məntəqəsi üzrə fərqlənir. Belə ki, şəhərdə yaşayanların təqribən yarısı (46,8%), kənddə yaşayan hər üç nəfərdən biri (34,0%) və qəsəbə sakinlərinin 19,1%-i əvvəlki nəsillərlə müqayisədə indiki nəsil arasında milli-mənəvi dəyərlərə sahiblik hissinin qorunduğunu bildirib.

45-54 yaş qrupunu təmsil edənlər (58,2%) 18-24 yaş qrupuna məxsus olan respondentlərlə (42,1%) müqayisədə sözügüdən mövzuda daha optimist yanaşma sərgiləyiblər.

Əvvəlki nəsillərlə müqayisədə indiki nəsil arasında milli-mənəvi dəyərlərə sahiblik hissinin itirildiyini düşünənlər bu suala müsbət mövqeyini ifadə edənlərlə demək olar ki, eyni sayda, yəni 48,3% təşkil edib.

Sorğu iştirakçılarının cüzi hissəsi (2,9%) bu sualla bağlı hər hansı mövqe ifadə etməyib.

Qeyd edək ki, 2023-cü il ərzində sorğuda 18 yaşından yuxarı 384 respondent iştirak edib, könüllü iştirak və anonimlik prinsipləri qorunub. Sorğu telefonla müsahibə formasında keçirilib və 12 iqtisadi rayonu əhatə edib. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər edilib. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İndiki #nəsil #millimənəvi #dəyərlərə #necə #sahib #çıxır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu