İndiyədək MSK-ya qayda pozuntuları ilə bağlı məlumat daxil olmayıb
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı indiyədək Mərkəzi Seçki Komissiyasına (MSK) qayda pozuntularına dair məlumat daxil olmayıb.
BEY.AZ xəbər verir ki, bunu MSK-nın üzvü Ramiz İbrahimov MSK-nın Seçkilər İnformasiya Mərkəzində jurnalistlərə bildirib.
Qeyd edək ki, parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Ölkə üzrə səsvermə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.
Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |