“Infiniti” Rusiya bazarından çıxdığını elan etdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Yaponiyanın “Infiniti” şirkəti Rusiya bazarından çıxıb.
Metbuat.az xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat yayılıb.
Qeyd edək ki, mart ayından Rusiyaya yeni avtomobillərin tədarükü dayandırılıb. “Infiniti”nin Rusiyada öz istehsalı yoxdur, bütün modellər xaricdən gətirilir.
“Infiniti” bu ilin fevral ayında Rusiyada 262 avtomobil satıb. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 46% çoxdur. Bununla belə, 2022-ci ilin sentyabr ayında 22 avtomobil satılıb ki, bu da 2021-ci ilin müvafiq dövrünə nisbətən 83% azalma deməkdir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.