fbpx

​“İnsanların xoşbəxtliyinə imza atmaq möhtəşəm duyğudur ”- Marina Aysina

BEY.AZ informasiya agentliyi xəbər verir


Texnologiya inkişaf etdikcə bir sıra peşələr öz aktuallığını itirir, kosmetologiya isə bunun əskinə olaraq daha tələbatlı sahəyə çevrilir. Tələbatlı və gəlirli sahə olduğu üçün onu seçənlər çoxdur. Kosmetoloq tibb təhsilli şəxsdir, uğurlu kosmetoloq isə rəssamdır, heykəltəraşdır.

Moskvada dünyaya göz açan peşəkar kosmetoloq Marina Aysina həmin rəssamlardan biridir. Rusiyada ali tibb təhsili alan kosmetoloq hesab edir ki, peşəkar kosmetoloq ali tibb təhsilinə malik olmalıdır. Çünki insan həyatının önəmini unutmaq olmaz. Kosmetologiya estetika olmaqla yanaşı həm də elmdir. Buna görə də, daim öz üzərində çalışmaq, yeni texnikalar öyrənmək, bu sahədəki ən son yenilikləri izləmək vacibdir.

Tibb sertifikatlı kosmetoloq estetik tibb sahəsində 8 ildən çox təcrübəyə malikdir. Uğura aparan yol məqsəd, inam və səmimiyyətdən keçir.

Özünü dərk edəndən gözəllik vurğunu olan kosmetoloq insanların gizli gözəlliklərini üzə çıxartmağı, onlarda özgüvən yaratmağı sevir. Onun müəllifi olduğu texnikalar içərisində ən tələbatlısı dodaq formasının və üz ovalının bərpasıdır.

Peşəkar kosmetoloq bildirir ki, pasiyent prosedurun nəticəsini görərkən üzündəki sevinc mənim üçün xoşbəxtlikdir. Özünüzü təkmilləşdirməkdən və özünüzün ən yaxşı versiyası olmaqdan qorxmayın.

Peşəkar kosmetoloq bu illər ərzində qazandığı təcrübənin bəhrəsi olaraq LipsforKiss estetik mərkəzini təsis edib. Klinika 2023-cü ildə “Beynəlxalq Klinika N1” nominasiyasında bir nömrəli beynəlxalq tibb mükafatını qazanıb. Klinikada ali tibb təhsilli və kosmetologiya sahəsində böyük təcrübəyə malik mütəxəssislər çalışır. Estetik mərkəz olaraq peşəkarlıq və fərdi yanaşma LipsforKiss-in öncəliyidir.

Marina Aysina BƏƏ, Fransa Rusiya kimi ölkələrdə beynəlxalq konfrans və seminarlarda iştirak edib. O, Dubayda “Ən Yaxşı Beynəlxalq Kosmetoloq 2022” nominasiyasının qalibi olub.

Gələcəyin peşəkar kosmetoloqlarını yetişdirən Marina Aysina bütün dünyada kosmetoloqlar üçün təlimlər keçirir. Onun onlayn məktəbi və kosmetoloqlar üçün dərslikləri də mövcuddur.

Peşəkar kosmetoloq Marina Aysina17-18 Mart 2023-cu ildə Ritz Carlton oteldə baş tutan “Reputation Awards 2023” mükafatlandırma mərasimində “The Celebrity Doctor of the Year” nominasiyasına layiq görülüb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İnsanların #xoşbəxtliyinə #imza #atmaq #möhtəşəm #duyğudur #Marina #Aysina

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin