“Instagram” üçün video hazırlayan 17 fenomen həbs edildi
BEY MEDIA İnformasiya agenti xəbər verir
İranda sosial şəbəkə üçün videolar hazırlayan 17 məşhur fenomen həbs edilib.
Metbuat.az xəbər verir ki, gizli kameralarla zarafat videoları çəkən məşhurlar çəkdiyi videolarda təsadüfi şəkildə yoldan keçənlərin üzünə tort atıb, qorxuducu zarafatlar edib və hədələyiblər.
Tehran Polis İdarəsi sosial şəbəkələrdə gizli kameralarla bu tip videoları çəkib paylaşan 17 Instagram fenomeninin həbs edildiyini açıqlayıb.
Qeyd edək ki, “Twitter”, “Facebook” və “YouTube” kimi bir çox sosial media platformasının qadağan edildiyi İranda insanların əksəriyyəti “Instagram”dan istifadə edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.