İntihar edən 18 yaşlı Rüqayəni aldadan şəxsin FOTOsu
Bey.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Rüqayə Hüseynova dekabrın 5-də, gecə saat 23:00 radələrində Masallı şəhər Heydər Əliyev prospektində yerləşən binadan özünü ataraq intihar edib.
big.az 5 aylıq hamilə olduğu iddia edilən Rüqayənin anası Sevinc Cabbarova ilə əlaqə saxlayıb.
Qadın yayılan məlumatları təkzib edərək, qızının Cəsarət adlı şəxs tərəfindən aldadıldığını bildirib. Onun sözlərinə görə, həmin adam evli olub, üç övladı olduğu halda, Rüqayədən bunu gizlədib. Anasının sözlərinə görə,11 ay tanış olsalar da, onların arasında heç bir münasibət olmayıb. Hər şey üzə çıxdıqda isə Cəsarət Rüqayədən ayrılacağını bildirib və əgər onu sevirsə, bunu sübut etmək üçün qızdan intihar etməsini istəyib.
Qızın anası bildirib ki, həmin şəxs narkoman olub və qızının intihar etdiyi gün onu döyüb.
Həmin şəxsin fotosunu təqdim edirik: