İordaniya İsrailə xəbərdarlıq etdi
İordaniya İsrailə xəbərdarlıq edib.
BEY.AZ xəbər verir ki, İordaniyanın xarici işlər naziri Ayman əs-Safedi bəyan edib k, İsrailin işğal altındakı İordan çayının qərb sahilindəki fələstinliləri İordaniyaya deportasiya etmək cəhdi “müharibə elanı” kimi qəbul ediləcək. Safedi İsrailin Qüdsdəki müqəddəs yerlərə basqınları ilə bağlı məhkəməyə verilməsi üçün lazımi hüquqi sənədlər hazırladığını bildirib. O, sənədlərin hansı quruma təqdim ediləcəyi barədə məlumat verməyib. Safedi, bölgədəki vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün atılacaq ilk addımın Fələstin torpaqlarına edilən hücumları dayandırmaq olduğunu bildirib. İordaniyanın xarici işlər naziri İordan çayının qərb sahilinin və bütün bölgənin döyüş meydanı olmasının qarşısını almaq üçün beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |