fbpx

İrəvan 4 kəndin qarşılığında Bakıdan nə istəyir?

Rüya Yorumları burda

Ermənistan Qazaxın anklav olmayan 4 kəndinin (Bağanis Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrimli) qaytarılması və sülh sazişinin imzalanması məsələsində “sürüşkən” mövqeyinə qayıdıb. Paşinyan ötən ay Tavuşa səfəri zamanı “kəndləri qaytarmasaq, müharibə olacaq” və “delimitasiyanı Tavuşdan başlaya bilərik” desə də, onun müavini delimitasiya üzrə komissiyanın sədri Mher Qriqoryan dünən parlamentin qapalı iclasında bundan imtina edib.

Qriqoryan bildirib ki, delimitasiyanın Tavuşdan başlanması ilə bağlı yekun qərar yoxdur: “Həmin bölgədə delimitasiyaya başlamaq qərarı fundamental məsələlər üzrə konsensus əldə ediləcəyi təqdirdə verilə bilər. Bunlar təhlükəsizlik, sosial-məişət və hüquqi məsələlərdir”.

BEY.AZ-ın məlumatına görə, siyasi təhlilçi Asif Nərimanlı rəsmi İrəvanın hazırkı mövqeyini şərh edib. O bildirib ki, Mher Qriqoryanın açıqlaması erməni ictimi rəyindəki gərginliyi azaltmağa hesablanmış kimi görünsə də, İrəvanın Bakıdan zəmanət istədiyi məsələlərin olduğunu Paşinyan da açıqlamışdı. İrəli sürülən hər üç məsələnin hədəfi var:

“- 4 kənd qaytarıldıqdan sonra sərhəd bölgəsində ermənilərin yaşadığı bir sıra məntəqə ordumuzun nəzarət zonasına düşə bilər, “təhlükəsizlik” istəyinin bununla bağlı olduğu istisna deyil;

Rüya tabirlerini burdan oku

– Ermənistanın şimal hissəsində bir sıra yol infrastrukturunun, eləcə də ermənilərin otlaq və əkin sahəsi kimi istifadə etdiyi bölgələrin Azərbaycan ordusunun nəzarətinə düşməsi gözlənilir: “sosial-məişət” istəyi bununla bağlı ola bilər;

– “Hüquqi məsələ” isə İrəvanın “güzgü prinsipi” – qoşunların geri çəkilməsini legitimləşdirmək və delimitasiya prinsiplərini sülh sazişinə daxil etmək məqsədindən qaynaqlanr: sərhədin bu istiqamətində delimitasiya rəsmiləşərsə, digər hissələrində də eyni prinsip tətbiq ediləcək. Ki, bu xəritələr məsələsini arxa plana keçirir; eyni zamanda, anklavlarla bağlı məsələ sual altına düşür; və İrəvan 4 kənd qarşılığında qoşunların geri çəkilməsi prinsipini qəbul etdirmək istəyir ki, bu da ordumuzun strateji yüksəklikləri itirməsi ilə nəticələnə bilər.

GörünürBakı İrəvanın bu “istəklərini” qəbul etmədiyi üçün erməni rəsmilər məsələni “dalana salır”. Parlamant sədri Alen Simonyanın “delimitasiya məsələləri ilə bağlı razılığa gəlinməsə, Azərbaycanla heç bir sənəd imzalanmayacaq” açıqlaması da bundan xəbər verir. Və Ermənistanın “delimitasiyanın hansı prinsiplərə uyğun aparılacağı sülh sazişinə daxil edilsin” mövqeyinə qayıtdığını göstərir”.

A.Nərimanlı deyib ki, İrəvanın mövqeyini sərtləşdirməsinin Brüsseldə keçirilən görüşdən qaynaqlandığı istisna edilməməlidir.

“Mümkündür ki, Ermənistan həmin görüşdə şifahi də olsa, təhlükəsizlik və siyasi dəstəklə bağlı müəyyən zəmanətlər alıb və bundan Azərbaycanla danışıqlarda “əlini gücləndirmək” məqsədilə istifadə etməyə çalışır.

Belə yanaşma isə təkcə sülh sazişini arxa plana keçirmir, həm də anklav olmayan 4 kənd ətrafında hərbi eskalasiya ssenarini ön plana çıxarır”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu