fbpx

İrəvan Fələstinin müstəqilliyini buna görə tanıdı?



Ermənistan Fələstini rəsmən tanıyıb və bu qərarın arxasında qlobal Fələstin tərəfdarı meyillərindən tutmuş İsrailə qarşı demarşa və müsəlman ölkələri ilə yaxınlaşmaq istəyinə qədər bir çox amillər dayanır.

BEY.AZ Axar.az-a istinadən xəbər verir ki, bu fikrləri “Sputnik Ermənistan”a müsahibəsində “Orbeli” analitik mərkəzinin eksperti Armen Petrosyan deyib.

Petrosyanın sözlərinə görə, Ermənistanın bu qərarı İsraildəki erməni icmasının problemləri və Azərbaycana İsrail silahlarının göndərilməsi ilə bağlı ola bilər:

“Əsas risklər erməni icmasının təhlükəsizliyi, İsraildə radikal dairələrdə antierməni əhval-ruhiyyəsinin mümkün artması və Erməni Apostol Kilsəsinin Yerusəlim Patriarxlığının kilsə mülkiyyəti probleminin kəskinləşməsi ilə bağlıdır. Digər tərəfdən, Fələstinin tanınması Ermənistanın qonşu müsəlman ölkələri və Yaxın Şərq dövlətləri ilə münasibətlərini yaxşılaşdıra bilər. Türkiyə və İranın Fələstin məsələsində mövqeyini nəzərə alsaq, İrəvanın addımı bu ölkələrlə münasibətlərin normallaşması və yaxınlaşmasında əlavə amil ola bilər. Türkiyə Xarici İşlər Nazirliyi artıq Ermənistanın qərarını alqışlayıb”.

Bununla belə, ekspert Ermənistanın fələstinyönlü addımlarının Ermənistan-Türkiyə-Azərbaycan üçbucağında güc balansını dəyişəcəyinə inanmır:

“Ankara və Bakının Fələstin məsələsində mövqeləri bir qədər fərqlidir. Lakin bu, Türkiyənin Azərbaycanın maraqlarını nəzərə almadan Ermənistanla yaxınlaşmağa doğru addım atacağı anlamına gəlmir. İrəvan-Ankara-Bakı üçbucağında əsas komponent İrəvanla Bakı arasındakı münasibət olaraq qalır. Fələstin “işi” Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikirlərini dəyişdirmək iqtidarında deyil”.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin