fbpx

İrəvanın növbəti hədəfi Rusiya hərbi bazasının bağlanmasıdır



“Ermənistan KTMT-nin növbəti toplantısına qatılmadı. Demək olar ki, de-fakto KTMT-də fəaliyyətini dayandırıb. Ermənistan Azərbaycanla sülh müqaviləsi bağladıqdan sonra KTMT-dən de-yure çıxacaq”.

BEY.AZ-ın məlumatına görə, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq bildirib ki, Ermənistanın Rusiyanın orbitindən uzaqlaşmaq siyasəti regional təhlükəsizliyə töhfə verir:

“Moskvanın israrla Qarabağ məsələsini gündəmədə saxlamağına rəğmən N. Paşinyan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdı. Bu, Kremlə Ermənistan tərəfindən vurulan ən böyük strateji sillə idi. Təbii ki, Azərbaycan Qarabağ məsələsini həll edib, gündəliyi bağlamışdı. Buna baxmayaraq Moskva Qarabağ kartını əldən verməməyə çalışırdı.

Hesab edirəm ki, N. Paşinyan KTMT-dən çıxmaq üçün müəyyən zaman gözləyir. Birincisi, Azərbaycanla sülh müqaviləsi, ikincisi, Rusiyanın Ukraynada strateji və hərbi məğlubiyyətidir”.

Politoloq hesab edir ki, Ermənistan KTMT çıxarsa, növbəti hədəf Rusiya hərbi bazasının bağlanması olacaq:

“Rusiya rəhbərliyi qonşu ölkələri təhdid etməyə başlayıb. NATO və ABŞ-ilə qarşıdurma fonunda Kreml daxil olmaqla qonşu ölkələrə qarşı təzyiqləri artıracaq. Rusiya üçün Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri post-sovet məkanıdır və bu ölkələrin müstəqilliyinə nisbi yanaşır. Düşünürəm ki, Azərbaycan Türkiyə və Pakistanla hərbi əməkdaşlığı daha da inkişaf etdirməlidir”.

Gülbəniz Hüseynli / BEY.AZ






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin