fbpx

“İRƏLİ” gəncləri Müstəqillik Gününü silsilə tədbirlərlə qeyd ediblər

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



“İRƏLİ” İctimai Birliyi tərəfindən 28 May – Müstəqillik Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilib.

Birliyin Mətbuat xidmətindən Metbuat.az-a məlumat verilib ki, baş tutmuş tədbirlər çərçivəsində “İRƏLİ” İctimai Birliyinin kollektivi və üzvləri Fəxri xiyaban, Şəhidlər xiyabanı və Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət ediblər.

Qeyd olunub ki, Azərbaycan İstiqlal Muzeyində 50-dən çox gəncin iştirakı ilə “Əbədi miras: Müstəqillik” adlı tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyev və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb.

Diqqətə çatdırılıb ki, 105 il öncə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin tarixinə olduqca mühüm hadisə kimi daxil olub. Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi mürəkkəb şəraitdə üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı.

Rüya tabirlerini burdan oku

Xalqın istəyi və tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördüyünü, ölkədə davamlı ictimai-siyasi sabitliyinin bərqərar olunduğu qeyd olunub. Vurğulanıb ki, bu gün Ulu Öndərin əsasını qoyduğu dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasət nəticəsində bu gün müasir Azərbaycan 105 il əvvəl Xalq Cümhuriyyəti qurucularının arzuladığı, xəyal etdiyi qüdrətli dövlətə, dünyada söz və nüfuz sahibinə çevrilib.

Tədbirlər planının davamında Müstəqillik Gününə həsr olunmuş “Xəmsə” intellektual turniri keçirilib. 8 komandadan ümumilikdə 50-ə yaxın gəncin iştirakı ilə keçirilən yarışda Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində rolu, AXC-nin fəaliyyəti müddətində ordu quruculuğu, təhsil və mədəniyyət sahəsində atılmış addımlar haqqında suallar təqdim olunub.

Bildirilib ki, respublikamızın müxtəlif regionları, o cümlədən paytaxtda fəaliyyət göstərən bir sıra təhsil müəssisələrində ümumilikdə 300-dən çox gəncin iştirakı ilə Bakı Media Mərkəzinin istehsal etdiyi, Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli yollarını özündə əks etdirən “Son iclas” və “Əbədi ezamiyyət” filmlərinin nümayişi keçirilib. Həmçinin Müstəqillik Günü çərçivəsində Azərbaycan İstiqlal Muzeyinə ekskursiya təşkil olunub. Ekskursiya müddətində gənclər Azərbaycanın istiqlal tarixi və Azərbaycan Xalq Cümhuriyyəti haqqında maraqlı faktlar, foto və video materiallar və eksponatlarla yaxından tanış olublar.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İRƏLİ #gəncləri #Müstəqillik #Gününü #silsilə #tədbirlərlə #qeyd #ediblər

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu