fbpx

İrəvana təqdim edilən 5 maddəlik baza prinsipləri problemləri əks etdirmir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanla sülh sazişi üzrə danışıqlar ilkin şərt olmadan aparılmalıdır. Biz ATƏT-in Minsk Qrupunun həmsədrlərindən BMT Nizamnaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və Helsinki Yekun Aktına əsaslanan sülh sazişi üzrə danışıqları təşkil etməyi xahiş etmişik”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan Azərbaycan Xarici İşlər Nazirliyinin təkliflərinə münasibət bildirən zaman edib. O qeyd edir ki,

21 fevral tarixli məktubun yalnız martın 10-da Ermənistan tərəfinə verilməsi diqqət çəkir. Əslində, hər iki ölkə 1991-ci il dekabrın 8-də MDB-nin yaradılması haqqında Saziş imzalayaraq artıq bir-birinin ərazi bütövlüyünü tanıyıb və bir-birinə qarşı ərazi iddialarının olmadığını etiraf ediblər.

Rüya tabirlerini burdan oku

“Təklifdə qeyd olunan məqamlar mövcud problemlərin bütün gündəliyini tam əks etdirmir. Ermənistan tərəfi üçün Qarabağ ermənilərinin hüquq və azadlıqlarının aydın şəkildə təmin edilməsi, Qarabağın statusunun, nəhayət dəqiqləşdirilməsi prinsipial əhəmiyyət kəsb edir. Bizim üçün “Dağlıq Qarabağ münaqişəsi” ərazi məsələsi deyil, hüquq məsələsidir. Biz hesab edirik ki, Bakı-Moskva-İrəvan üçtərəfli bəyanatlarında nəzərdə tutulan razılaşmalar tam şəkildə həyata keçirilməlidir və bu istiqamətdə ardıcıllığımızı davam etdiririk. Biz hətta bu sazişlərin həyata keçirilməsi ilə bağlı hərtərəfli təkliflər vermişik” deyə Ararat Mirzoyan fikrini yekunlaşdırıb.

Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu