fbpx

İrəvanda əsir saxlanılan Hüseynin ömürlük həbsi tələb olunur

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Yolu azaraq Ermənistan ərazisinə keçən və saxlanılaraq qondarma qətl ittihamı ilə 20 il müddətinə həbs olunan Azərbaycan hərbçisinin ömürlük azadlıqdan məhrum edilməsi tələb olunur.

Metbuat.az xəbər verir ki, bu barədə “Pastinfo” məlumat yayıb. Məlumatda deyilir ki, Azərbaycan hərbçisi Hüseyn Axundovun öldürdüyü iddia edilən şəxsin yaxınları ona verilən 20 illik həbs cəzasının yüngül olduğunu düşünürlər. Onlar məhkəmə qərarından şikayət verərək, Hüseyn Axundovun ömürlük azadlıqdan məhrum olunmasını tələb edirlər.

Qeyd edək ki, 2023-cü ilin aprelində Azərbaycan ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüb. Məlum olub ki, onlar Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan ərazisində keçib. Az sonra hər iki hərbçi Ermənistan tərəfindən əsir götürülüb.

Rüya tabirlerini burdan oku

Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunublar. Hüseyn Axundov “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” də təqsirləndirilir.

Aqşin Bəbirov 11,5 il, Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İrəvanda #əsir #saxlanılan #Hüseynin #ömürlük #həbsi #tələb #olunur

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu