İrəvanda gərginlik – Paşinyan etirazçıların qarşısına çıxmadı
BEY.AZ informasiya agentliyi xəbər verir
Ermənistanın paytaxtı İrəvanın Firdusi məhəlləsinin sakinləri hökumət binasının önünə toplaşıblar.
Metbuat.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar baş nazir Nikol Paşinyanla görüş tələb edirlər. Lakin o, vətəndaşlarla görüşdən boyun qaçırıb. Hökumətdən bildiriblər ki, N.Paşinyan hazırda işdə deyil. Sakinlərə baş nazirin onları gələn həftə qəbul edəcəyi vəd edilib. Amma vətəndaşlar bu gün görüşməkdə təkid edirlər.
Qeyd edək ki, 2015-ci ildə Ermənistan hökuməti prioritet maraqlardan çıxış edərək Firdusi məhəlləsindəki bir neçə ev və anbarı dağıtmaq qərarına gəlib. Məhəllə sakinlərinin əksəriyyəti kompensasiya alıb. Lakin bəzi sakinlər kompensasiyanın məbləğinin qeyri-mütənasib hesab edərək evlərini tərk etməyiblər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İrəvanda #gərginlik #Paşinyan #etirazçıların #qarşısına #çıxmadı