fbpx

İran Azərbaycanın regionda güclü dövlət olmasını həzm edə bilmir

Rüya Yorumları burda

Ermənistandan siyasi məqsədləri üçün istifadə edən Qərbin bu davranışlarına İran da qoşulmaqla regionda vəziyyəti gərginləşdirməyə çalışır.

Bu yaxınlarda Fransanın xarici işlər naziri Stefan Sejurne Parisdə ABŞ dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında Azərbaycan əleyhinə fikirlər səsləndirib. Bununla bərabər, İranın Dəməşqdəki Konsulluğuna hava hücumundan sonra İran parlamentinin radikal üzvü Cəlal Rəşidi Kuçi X” sosial şəbəkəsində paylaşım edərək İsrailin Azərbaycandakı səfirliyinə hücum təklifi edib.

İranlı deputatın İsrailin Azərbaycandakı səfirliyinə hücum təklifi verməsinə münasibət bildirən siyasətçi Akif Nağı BEY.AZ-a bildirib ki, bu vaxta qədər Azərbaycan İrana qarşı təmkinli mövqe nümayiş etdirərək, regionda sabitliyi təhlükəyə salmamağa çalışıb:

Rüya tabirlerini burdan oku

“Azərbaycanla İran arasında münasibət kəskinləşərsə, hər iki tərəfin ziyanına olacaq. Bunu Azərbaycan davamlı şəkildə onlara başa salmağa çalışır. İran müasir dövrün tələblərinə uyğun siyasət yeridə bilmir. İran özünü din himayədarı kimi göstərməyə çalışsa da, islamdan uzaq olan ifrat daxili siyasət yürüdür. Azərbaycanın regionda güclü dövlət olmasını həzm edə bilməyən İran tərəfi başa düşmək istəmir ki, ölkəmizdən onlara qarşı hər hansı bir təhlükə yoxdur.

Ermənistan indi Qərb ilə yaxınlaşma ərəfəsindədir. Onlara hələ də dərs olmur ki, Qərbin maşası rolunda iştirak etmək, yeganə doğru müttəfiqi olan Azərbaycan və Türkiyəni itirə bilərlər. Təəssüflə qeyd etməliyəm ki, Azərbaycan Ermənistana qarşı dəfələrlə hümanist davransa da, rəsmi İrəvan yanlış addım ataraq “qohumların”a tərəf yönəlməkdə davam edir.

Akif Nağı qeyd edib ki, onların niyyəti Azərbaycanın Qərb-Türkiyə istiqamətində əlaqələrindən istifadə edərək istənilən an hansısa hərəkətlərə, əməllərə əl atmaqdır:

“Azərbaycan İranla münasibətlərdə mövqe ortaya qoymalıdır. Bu münasibətlərin sərtliyi də situasiyadan asılı olacaq. İran dövlətinin xarakteri dəyişməlidir. Biz onların daxili işlərinə qarışmırıq. İranda 30 milyon azərbaycanlı yaşayır. Onların taleyi bizi narahat edir. Orada yaşayan soydaşlarımızın Azərbaycan dilində təhsil almaları təmin olunmalıdır. Tarixi Azərbaycan dövlətinin yerində indiki İran dövləti yaranıb. Tehran bu faktları nəzərə almalıdır. Düşünürəm ki, o dövlətin 100 il bundan əvvəlki vəziyyətinə qayıtmağa ehtiyacı var”.

Gülbəniz Hüseynli / BEY.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu