fbpx

​“İran Azərbaycanın siyasi və iqtisadi gücünün artmasını həzm edə bilmir”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu Ermənistan tərəfindən 30 il ərzində işğal olunmuş 20 faiz torpaqlarımızı azad etdikdən sonra, İran düşmənçilik siyasətini daha da açıq şəkildə həyata keçirməyə başladı. Çünki İran Azərbaycanı 90-cı illərin əvvəllərindəki zəif, ölkədaxili xaosun, böhranların hökm sürdüyü ölkə kimi görmək istəyirdi”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib. İran molla rejiminin xüsusi xidmət orqanlarının uzun illərdir Azərbaycanda beşinci kolon yaratmağa cəhd etdiklərini xatırladan millət vəkili bildirdi ki, onların məqsədi Azərbaycanda din pərdəsi arxasında maskalanaraq, günü-gündən güclənən, milli maraqlara söykənənərək müstəqil siyasət yürüdülən ölkəmizdə xaos, anarxiya, özbaşınalıq yaratmaqdır.

Rüya tabirlerini burdan oku

Cavid Osmanov

“Bu gün inkişaf etməkdə olan ölkəmizlə əməkdaşlıq maraqlarında olan ölkələrin sayı günbəgün artmaqdadır. Azərbaycan dünya ölkələri üçün etibarlı tərəfdaş ölkədir və eyni zamanda, artıq Azərbaycan qüdrətli və güclü bir dövlətə çevrilmişdir. Bu da İranın arzularına uyğun deyil. Bildiyiniz kimi, Azərbaycan hüquq mühafizə orqanları, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti tərəfindən onların terror qruplaşmaları, “Kərimə dövlət”i yaratmaq niyyətində olan casusları ifşa olunaraq, qarşısı alındı. İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində və dini təbliğat yolu ilə ələ alınaraq ölkə ərazisində sabitliyin pozulması istiqamətində törədəcəkləri cinayət əməllərinin qarşısının alınması məqsədilə birgə xüsusi kompleks əməliyyat tədbirləri həyata keçirildi. Nəticədə, özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də insanların toplaşdığı mərasimlərdə İran və dini radikalizm lehinə təbliğat aparan, Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqları yerinə yetirən bir qrup şəxs həbs edildi. Bununla da, İranın ölkəmizdə həyata keçirmək istədiyi növbəti bədxah niyyətin qarşısı alındı”.

Cavid Osmanov vurğuladı ki, İran molla rejimi Azərbaycanın daxili işlərinə belə terrorçuları hazırlamaqla qarışırsa, bu iğtişaşlar yaratmaq niyyəti daşıyır və cavab olaraq qətiyyətli addımlar atılacaqdır.

“Son bir neçə ay ərzində İran-Azərbaycan münasibətlərində yaranan gərginlik fonunda rəsmi Tehran əməli addımlar atmaq əvəzinə vəziyyəti daha da gərginləşdirdi. İranın Azərbaycan sərhədində son iki il ərzində bir neçə dəfə hərbi təlimlərin keçirilməsi, Azərbaycanın İrandakı səfirliyinə terror aktının törədilməsi, bir neçə gün öncə həmkarımız Fazil Mustafaya qarşı törədilmiş terror aktı, Azərbaycan sərhədində hərbi təyyarələrinin uçuşunun həyata keçirilməsi, SEPAH generallarının, digər xüsusi xidmət orqanlarının rəhbərləri vədigər parlament mollalarının Azərbaycana qarşı hədə qorxu dili ilə danışması İranın Azərbaycana qarşı hansı mövqedə olduğuna əsl sübutdur”.

Millət vəkili qeyd etdi ki, İranın bəyanatları söz yığınından başqa bir şeyi ifadə etmir. Tehranın niyyətinin hakimiyyətini devirmək, ölkədə iğtişaşlar yaratmaq olduğunu ifadə edən müsahibimiz qətiyyətlə vurğuladı ki, İran tərəfindən atılan hər kəskin addıma siyasi cavab verilməklə bərabər, törədilməsi planlaşdırılan hər çirkin əməl də ölkəmizin hüquq mühafizə orqanları da qarşısı alınacaqdır.

“İranın gözünü qorxudan Azərbaycan-Türkiyə qardaşlığı, müttəfiqliyi eyni zamanda Azərbaycan-İsrail münasibətlərinin ən yüksək səviyyəyə çatmasıdır. Ümumiyyətlə, İran Azərbaycanın siyasi və iqtisadi gücünün yüksəlməsini həzm edə bilmir. Düşünürəm ki, İran yaxşı olar ki, özünün daxilində olan acınacaqlı vəziyyətdən çıxış yollarını tapmaqla məşğul olsun. Heç bir qüvvə Azərbaycanı haqq yolundan döndərə bilməz. Əgət İranın bundan sonra da, Azərbaycana qarşı qərəzli addım atmaq niyyəti bundan olarsa da, Azərbaycan buna adekvat cavab verməklə bərabər onların bütün addımları, planları alt-üst olacaqdır”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusu üzrə dərc olunub.


You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İran #Azərbaycanın #siyasi #və #iqtisadi #gücünün #artmasını #həzm #edə #bilmir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu