fbpx

“İran bizim əleyhimizə təxribata əl atarsa…”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“İran azad fikirlərin boguldugu, insan hüquqlarının pozuldugu bir ölkə olaraq hər zaman Azərbaycan türklərini şovinizm və separatçılıqda ittiham etməkdən çəkinməyib”.

Bu fikirləri Metbuat.az-a şərqşünas alim Sübhan Talıblı deyib:

“Nəinki indiki islam inqilabçılarının, hətta Pəhləvilərin hakimiyyəti dövründə də Azərbaycanlı türklərə şovinist damgası vurulurdu. Onlar Azərbaycanın və Türkiyənin casusları hesab edilirdi. Ümumiyyətlə, İran azad fikirli bütün vətəndaşlarını Qərbin casusu elan edərək qanunsuz həbs edib və işgəncəyə məruz qoyub. Azərbaycanlı tələbənin İranda həbsinə də ilk növbədə məhz insan hüquqlarının pozulması baxımından yanaşılmalıdı. İran təbii ki, beynəlxalq insan hüquq azadlıqları prinsiplərinə uygun olaraq Fəri Səfərlini dərhal azad etməlidir”.

Rüya tabirlerini burdan oku

Digər tərəfdən, S.Talıblı hesab edir ki, Fəridin Azərbaycanda həbsdə olan İran agenti və ya agentləri ilə dəyişdirilməsinə cəhd edəcəyinə dair ehtimalın ortaya çıxması da bir daha İranın hüquqazidd ölkə oldugunun açıq sübutudu: “İran yaxşı bilir ki, onun türməyə saldıgı adamları heç bir beynəlxalq təşkilat yoxlaya bilməyəcək. Onlar qapalı ölkədi və heç bir beynəlxalq təşkilatla əməkdaşlıq etmir, insan hüquqları prinsiplərini yaxına buraxmırlar. Bu baxımdan İranı sorgu-suala çəkən olmayacaq. İran qadınlarının keçirdiyi məlum aksiyalardan da göründüyü kimi, nə həbs olunan, nə qətlə yetirilən, nə də işgəncəyə məruz qalan insanlarla baglı beynəlxalq qurumların heç bir müraciətinə məhəl qoyulmadı”.

S.Talıblının fikrincə, İranın regionda hər sahədə yaratdıgı gərginliyi Qərb ölkələri qulaqardına vurmamalıdı: “Məsələn, əgər biz öz torpaqlarımızda, Qarabagda antiterror əməliyyatına başlasaq və İran ermənilərlə birlikdə bizim əleyhimizə təxribata əl atsa, Qərb ölkələri beynəlxalq hüququn dili ilə İranın cavabını verməlidi. Düzdü, indiyədək Qarabag əməliyyatlarında İran gözləmə mövqeyində dayanmaga üstünlük verib. Amma hazırda onların Azərbaycana aqressiyası intensivdi və qıcıq yaratmaga çalışırlar. Açıq görünür ki, bizim antiterror əməliyyatına dair mesaj verdiyimizdən bəri ermənilərin yanında olduqlarını heç gizlətmirlər. Nə hüqüq, nə qonşuluq, nə səmimiyyət baxımından İranın mövqeyi təqdir oluna bilməz”.

S.Talıblı qeyd etdi ki, İran mediasının son aqressivliyi başadüşüləndir: “Tehran hər zaman Azərbaycanın bütövlüyündən çəkinib, bu, onların vahiməli düşüncəsidi. 44 günlük müharibədən sonra xüsusilə qorxuya düşüblər. Azərbaycanın artan nüfuzu onların antiAzərbaycan planlarını alt-üst edir. Media ilə təbligat bu baxımdan onlar üçün əhəmiyyətlidi. Amma baxın, onların mediadan istifadəsi separatçı ermənilərlə müsahibələrdən, onların bayragının nümayişindən o yana keçə bilmir. Onların media kontenti onsuz da dar çərçivəni əhatə edərək əsasən, öz dairəsindəki adamların beynini yumaga xidmət edir”.

METBUAT.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İran #bizim #əleyhimizə #təxribata #əl #atarsa

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu