İran bizim qardaşımız deyil – Şeyx
BEY.AZ informasiya agentliyi xəbər verir
“Biz hamımız Tehranda Azərbaycan səfirliyində baş vermiş hadisəni qınayırıq”.
Metbuat.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun yas mərasimində jurnalistlərə açıqlamasında deyib.
QMİ sədri bildirib ki, Azərbaycanda tolerantlıq mövcuddur: “Təəssüflənirəm ki, Azərbaycana qonşu olan bir dövlətin Azərbaycana qarşı apardığı ədavətli hökmlərin nəticəsidir ki, bu gün akopyanları müqəddəs yerlərə gətirib gəzdirirlər, “Ermənistanın ərazi bütövlüyü bizim qırmızı çizgimizdir deyirlər, tankları gətirib sərhədə düzürlər. Mən burada İran xalqı deməzdim, çünki orda 40 milyona yaxın azərbaycanlı yaşayır, onlar bizim qardaşlarımızdır. Amma bu gün onlar İran rejminin, fars rejminin əlində əsirdirlər”.
O qeyd edib ki, İran qardaş ölkə deyil: “Bu gün biz İrandan şəhid aldıq, hansı ki, bizi qardaş hesab edirdi. Biz indi bilirik ki, İran bizim qardaşımız deyil, onlar Ermənistanın qardaşıdır” .
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İran #bizim #qardaşımız #deyil #Şeyx