İran bu ölkənin ərazisini vurdu: ABŞ konsullu həyəcan verdi
İran Silahlı Qüvvələri İraqın Kürdüstan regionunda Tehrana müxalif partiyanın qərargahına və qaçqın düşərgəsinə hücum edib.
Bey.az oxu24 ə istinadən xəbər verir ki, bu barədə “Shafaq” xəbər agentliyi məlumat yayıb.
“İranın kürd müxalifət partiyasının Ərbil yaxınlığındakı Koy-Sancak şəhərindəki qərargahı vurulub”, – yerli mənbə agentliyə bildirib.
Dəqiq nəyin vurulduğu hələ aydın deyil. “Al-Sumaria” kanalının mənbəsinin məlumatına görə, zərbə üç raketlə endirilib.
İranın daha bir hücumu Ərbilin şimalındakı Bahirqa şəhərindəki qaçqın düşərgəsini edilib. İtkilər barədə məlumat yayılıb.
Zərbələrlə eyni vaxtda ABŞ-ın Ərbildəki konsulluğunda həyəcan təbili çalınıb.