fbpx

​İran hərəkətə keçdi: İsrail 5 tərəfdən vurula bilər

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“HƏMAS-İsrail müharibəsinin şiddətlənməsi bu qanlı prosesin uzunmüddətli olma ehtimalını artırır.Hazırda eskalasiyanın genişlənməsi, döyüşlərin şiddətlənməsi və trayektoriyasının bütün regiona yayılmasında maraqlı olan qüvvələr var. İran bu ölkələrin başında dayanır”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. O hesab edir ki, rəsmi Tehran prosesi alovlandıran HƏMAS-ı təşkilatlandırıb fərqli döyüş strategiyası ilə İsrailə hücuma sövq edən başlıca gücdür.

“İndiki məqamda isə Tehran İsrailə qarşı 5 cəbhədə – Qəzza sektoru, Livan, Suriya, İran və Fələstində mübarizə aparmaq istəyir. Prinsip etibarilə Tehran HƏMAS-ın İsrailə hücumu ilə Qəzza sektorundan ilk cəbhəni açdı. İndi isə növbə Livan və Fələstin cəbhələrinindir. HƏMAS İsrailə hücuma başlayarkən Livandakı silahlı qüvvələrə “İsrailə qarşı müharibəmizə qoşulun” çağırışı etdi. Buna baxmayaraq, hələlik nə Livandan Hizbullah, nə də Fələstin hakimiyyəti HƏMAS-a tam dəstək verib. Buna görə də İran proseslərə birbaşa müdaxilə etmək qərarına gəlib”.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün Livana gedib. Tərəflər Livan-İsrail sərhədindəki vəziyyəti və İsrail-Fələstin silahlı münaqişəsini müzakirə edəcəklər. Bundan başqa, İran parlamentinin nümayəndə heyəti HƏMAS-çılar və başqa anti-İsrail qüvvələrlə görüşərək müzakirələr aparmaq üçün Livan və Suriyaya səfər edəcək.

Bu səfəri şərh edən Turan Rzayev vurğuladı ki, istər Abdullahianın Livana, istərsə də İran parlamentinin nümayəndə heyətinin Suriya və Livana səfər etməsi Tehranın İsrailə qarşı Livan və Fələstin cəbhələrini açmaq planı ilə bağlıdır.

“İran üçün indiki məqamda hər iki cəbhənin açılması həyati əhəmiyyət kəsb edir. HƏMAS təkbaşına İsrailə müqavimət göstərə bilməz. HƏMAS-ın qısa zamanda məğlub olmaması üçün İsrail ordusunun parçalanması, diqqətinin fərqli nöqtələrə cəlb edilməsi lazımdır. Bunun yeganə yolu isə HƏMAS-ın hücumları ilə paralel Fələstin və Livandan da hücumların başlamasıdır. Tehran buna nail olub İsraili üç cəbhədə müharibəyə məcbur etmək istəyir. Dördüncü cəbhə isə Suriyadır. Qəzza sektoru, Fələstin və Livan öncəbhədirsə Suriya cəbhəsi əsasən öncəbhəyə silah-sursat və müharibənin davam etməsi üçün digər lazımi təminatın çatdırılması rolunu oynayır. Təsadüfi deyil ki, İsrail də ötən gün Suriyaya aviazərbələr endirib. Vəziyyətdən asılı olaraq Əsəd rejimi də İrana və onun dəstəklədiyi qruplaşmalara dəstək verə bilər. Amma bu, tam dəstək olmayacaq, çünki Suriyada vətəndaş müharibəsi davam edir və Əsədin düşünməli olduğu başqa problemləri var. 5-ci cəbhə isə İranın özüdür. Bu müharibədə İranın özü beşinci, yəni arxa cəbhə rolunu oynayır. Həmin cəbhə aktiv döyüşlərdə rol almasa da, müharibənin uzunmüddətli olması üçün əsas iş onun üzərinə düşür”.

Politoloq qeyd etdi ki, nəticə etibarilə İran planını tam aktivləşdirə bilsə, müharibə aylarla davam edəcək. İsrail üç cəbhədə eyni anda müharibə aparmağa hazır deyil. Ehtimal ki, vəziyyətdən asılı olaraq Təl-Əviv ABŞ və Qərbdən yardım istəyəcək.

Metbuat.az

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #İran #hərəkətə #keçdi #İsrail #tərəfdən #vurula #bilər

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin