İran İsrailə hücum etdi
İran İsrailə raketlər atıb.
BEY.AZ xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı və “The Jerusalem Post” qəzeti məlumat yayıb. İddialara görə, İran İsrailə 102 raket atıb. Bildirilir ki, İranın buraxdığı raketlərdən biri İordaniyanın hava məkanına daxil olub. Hücum və onun fəsadları barədə ətraflı məlumat verilməyib. Bundan əvvəl İsrail tərəfi İranın raket hücumu təşkil etdiyini bəyan etmişdi. Hücum zamanı İsraildə həyəcan siqnalları işə düşüb.
Qeyd edək ki, hücumdan əvvəl İran tərəfinin bəyanatları diqqət çəkmişdi. İddia edilmişdi ki, Qərb İrana Qəzzada atəşkəs tətbiq ediləcəyinə dair vəd vermişdi. Buna görə də, İran qisas hücumunu təxirə salmışdı.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |