fbpx

İran Naxçıvanla sərhədə niyə qoşun yığır? – AÇIQLAMA

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Görüntülər göstərir ki, İran Naxçıvanla sərhəddə silah-sursat və canlı qüvvə yığmaqda davam edir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ilə sərhəddə uğursuz təlimlər keçirən Tehran yenə də təhdid yolunu davam etdirir. Aydındır ki, bu təlimlər və təhiddlər regiondakı yeni düzəni dəyişmək gücündə deyil”.

Metbuat.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov bildirib.

O, əlavə edib ki, Tehran rejiminin müsəlman qonşusu ilə təhdid alətlərinə üstünlük verməsinin özü də İranın xarici siyasətinin qüsurlu olduğunu göstərir:

Rüya tabirlerini burdan oku

“Bu siyasətdən itirən tərəf, təbii ki, Tehran özü olacaq. Azərbaycan bütün təhdidlərə cavab vermək gücündədir. Məsələnin iqtisadi tərəflərinə gəldikdə isə İran ilə Azərbaycan arasında ticarət dövriyyəsi ötən il 476 milyon 438 min dollar olub. İran ölkəmizdən 29 milyon 831 min dollarlıq mal alıb. Bu o deməkdir ki, İran 2022-ci ildə Azərbaycana 446 milyon 607 min dollar dəyərində məhsul ixrac edib.

Deməli, Azərbaycan ilə ticarət əlaqələrində İranın illik xalis qazancı 446 milyon dollardır. Bu isə həm də o deməkdir ki, İranın qüsurlu xarici siyasəti xarici iqtisadi əlaqələrə yansıyarsa, o zaman itirən tərəf məhz Tehran olacaq. İranda inflyasiya səviyyəsinin kifayət qədər yüksəlməsi və xarici valyutaya tələbin kəskin artdığını nəzərə aldıqda biznes üçün bu heç də kiçik rəqəm deyil”.

Bir xəritə şəkili ola bilər




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İran #Naxçıvanla #sərhədə #niyə #qoşun #yığır #AÇIQLAMA

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu