“İran Qafqazda göz yaşı, qan, kədər görmək istəyir”
BEY.AZ informasiya agentliyi xəbər verir
Xəbər verdiyimiz kimi, fevralın 20-də Avropa Birliyinin missiyası Ermənistanda fəaliyyətə başlayıb. AB bunu mülki missiya adlandırsa da, fəaliyyətə başlayan gün yaydığı açıqlamada ilk dəfə olaraq etiraf edib ki, missiyada iştirak edən 100 nəfərdən 50-si silahsız müşahidəçi olacaq. Belə məlum olur ki, missiyanın yarısı silahlı şəxslərdən ibarətdir. Zəngəzur məsələsində Türkiyə NATO-nu sərhədimizə gətirir deyə hay-küy yaradan İranın hazırki rejimi, bu dəfə Ermənistan sərhədinə NATO-nun gəlməsini lal-dinməz qarşılayıb.
Metbuat.az mövzunu ehtiyatda olan türkiyəli general Yücel Karauz ilə müzakirə edib. İranın bu davranışlarını xaos yaratmaqdan başqa bir şey ifadə etmədiyini vurğulayan Yücel Karauz deyir ki, molla rejimi Qafqazda sülh və sabitliyin olmasından narahatdır.
“İran Qafqazda qan, göz yaşı, kədər görmək istəyir. Tehranın arzusu o idi ki, 1988-ci ildən 2020-ci ilə qədər işğal altında qalan Azərbaycan torpaqları erməni tapdağı altından xilas olmasın. Bütün bunlar ona öz planlarını rahat həyata keçirmək imkanı verirdi. Bu gün də İran çalışır ki, qarışıqlıq yaradaraq, Azərbaycanla-Ermənistana birlikdə problemlərini həll etmək istəyinə mane olsun. Ümumiyyətlə, İranın Cənubi Qafqazla bağlı atdığı bütün addımlar dostluğa, münasibətlərin inkişafına, qonşuluq münasibətlərinə ziddir”.
Yücel Karauz hesab edir ki, əvvəllər Türkiyəyə qarşı sərt mövqe sərgiləyən İranın Ermənistana Avropa missiyasının gələndən sonra səsini çıxarmamasının səbəbi Tehranın Ermənistana duyduğu qardaşlıq sevgisindən irəli gəlir:
“İranda türk fobiyası var. Hazırkı hakimiyyətin siyasətinin təməlində bu açıq-aydın hiss olunur. İran zəngəzur dəhlizinin açılmasını, Naçıvanın Azərbaycana birləşməsini, Türkiyədən Azərbaycana rahat avtomobil yolunun inşasını istəmir. İran, ümumiyyətlə, 300 milyonluq türk dünyasının görüşməsini, əlaqə yaratmasını istəmir. Çünki onlar hesab edirlər ki, bu, onların milli maraqlarına zərbədir. Bu, elə bir xof, qorxudur ki, İran rejiminin beynini və dövlət idarəçiliyinin bütün düşüncələrini zəbt edib”.
Gülbəniz Hüseynli / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İran #Qafqazda #göz #yaşı #qan #kədər #görmək #istəyir