İran Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edəcək
İran İslam Respublikasının Suriyadakı səfirliyi tezliklə yenidən fəaliyyət göstərəcək.
BEY.AZ “İRNA” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Suriyadakı səfiri Hüseyn Əkbəri məlumat verib. Onun sözlərinə görə, Suriyada baş verən son hadisələr səbəbindən müvəqqəti bağlanan səfirlik yaxın zamanda Dəməşqdəki fəaliyyətinə davam edəcək.
“Məqsədimiz səfirliyin fəaliyyətini tez bir zamanda bərpa etməkdir. Suriyada hakimiyyətə gələn qüvvələr səfirliyin təhlükəsizliyi üçün zəruri zəmanətləri verməyə hazır olduqlarını bildiriblər”, – deyə səfir vurğulayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |