İran Türkiyəyə qaz tədarükünü bərpa etdi
BEY MEDIA İnformasiya agenti xəbər verir
İranın Milli Qaz Şirkəti Türkiyəyə qaz nəqlinin bərpa olunduğunu açıqlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə “Shana” xəbər agentliyi məlumat yayıb. Yanvarın 19-da yaranan və bununla əlaqədar qazın 10 gün müddətinə dayandırılmasına qərar verilən texniki nasazlıqlar aradan qaldırılıb.
Qeyd olunur ki, yanvarın 17-də İrandan Türkiyəyə qaz nəqli gündəlik müqavilə həcminin üçdə birinə endirilib. İran Tengiz-Ankara qaz kəməri ilə Türkiyəyə orta hesabla ildə 10 milyard kubmetr qaz verir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.