fbpx

“İran xarici diplomatların təhlükəsizliyini təmin etməyə borcludur”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Bu gün (dünən-red) Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyirik və İran hökumətinə xatırladırıq ki, o, İrandakı xarici diplomatların təhlükəsizliyini təmin etməyə borcludur”.

Metbuat.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays tviter hesabında yazıb.

O, qeyd edib ki, ABŞ terror hücumu zamanı həlak olan Orxan Əsgərovun yaxınlarına başsağlığı verib, yaralılara şəfa diləyib.

Rüya tabirlerini burdan oku

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanmış şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Terrorçu Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İran #xarici #diplomatların #təhlükəsizliyini #təmin #etməyə #borcludur

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu