İran yaxın saatlarda bu qüvvələrə hücum edəcək
İranın dəstəklədiyi qüvvələr yaxın saatlarda Yaxın Şərqdəki ABŞ qüvvələrinə hücum edə bilər.
BEY.AZ bildirir ki, bununla bağlı CNN məlumat yayıb. ABŞ kəşfiyyatına istinadən verilən məlumatda qeyd edilir ki, İranın dəstəklədiyi qruplar artıq İraq və Suriyada ABŞ qüvvələrinə qarşı bir neçə pilotsuz təyyarə hücumu həyata keçiriblər:
“İndi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində məlumat var ki, İsrail və HƏMAS arasında müharibənin getdiyi vaxt belə hücumlar arta bilər”.
Adı açıqlanmayan ABŞ rəsmisi qeyd edir ki, İran dəstəklədiyi qüvvələrə ABŞ və İsrail hədəflərinə hücum etməklə bağlı tapşırıq verib və hücum yaxın saatlar üçün planlaşdırılır.