fbpx

İran Zəngəzur dəhlizinin açılmasını buna görə istəmir



“İranın sülh prosesinə təsir etmək cəhdləri həmişə olub. İran regiona əhəmiyyətli dərəcədə ciddi yanaşır. Regionda təsir nüfuzunu qaldırmaq üçün bütün proseslərə təsir etməyə çalışır. Xüsusilə indiki halda – İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq İranın maraqlarına xidmət etmir”.

Bu sözləri BEY.AZ-a açıqlamasında politoloq Sultan Zahidov deyib. O bildirib ki, İran heç vaxt Azərbaycanın qüvvələr balansını öz lehinə çevirməsini istəməyib:


“Çünki Azərbaycanın qüvvətlənməsi İran üçün təhdid kimi görunür. Belə olan halda İran Ermənistana dəstəyini nəinki əsirgəməyəcək, əksinə daha da artıracaq. Belə bir dövlətin sülh prosesində iştirakı sözsüz ki, məqbul sayıla bilməz. Zəngəzur məsələsinin özündə də biz görürük ki, İran konstruktiv mövqe sərgiləmir. İran heç bir halda bu dəhlizin açılmasını istəmir. Hətta Zəngəzur dəhlizini özünün qırmızı xətti adlandırıb. Guya bu, İrana nəsə təhdid göstərəcək. Düzdür, İranın geostrateji əhəmiyyətini azaldacaq. Çünki Azərbaycan İran üzərindən Naxçıvanla əlaqə qurur. Bu, Azərbaycanın Naxçıvanla olan əlaqələrində İrandan olan aslılığını saxlayır”.

Politoloq qeyd edib ki, artıq İğdır-Naxçıvan qaz kəmərinin işə salınması bu aslılığı bir az azaldacaq:

“Əgər Zəngəzur dəhlizi və kommunikasiya xətləri açılarsa, bu aslılıq aradan qalxmış olacaq. İranın geosrtateji önəmi də regionda azalmış olacaq ki, İran bundan narahatdır. Bütün bu faktorlar onu göstərir ki, İran sülh prosesinə təsir etmək istəyə bilər”.

Seyranə Quliyeva / BEY.AZ







ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin