İranda şortik geyinən kişilər cərimələnəcək
İranda “Əxlaq polisi” kişiləri cərimələyəcək.
BEY.AZ “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, İranda dar köynək-şalvar və şortik geyinən kişilər 6 milyondan 50 milyon tümənə (120 – 1000 dollar) qədər cərimə olunacaqlar.
Bu barədə Qadın və Cəmiyyət Beyin Mərkəzinin rəhbəri Əbülfəzl İqbali deyib: “Dar köynəklər və şortlar kişilər üçün cinayət sayılır”.