fbpx

“İrandan aldığı PUA-lara arxayınlıq erməni xalqını fəlakətə sürükləyəcək”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qazılan quyu və qurulan tələlər də mənasızdır. Erməni xalqına boş yerə ümid verməyin mənası yoxdur”.

Metbuat.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Elman Sadıqov deyib. Ekspert hesab edir ki, əgər Qarabağ İqtisadi Rayonunda ermənilər tərəfindən hər hansı atəş açılarsa Azərbaycan öz ərazisində qanunsuz silahlı birləşmələri təmizləmək hüququndan istifadə etmək haqqına sahibdir.

“Çünki, 10 noyabr razılaşmasına əsasən Qarabağ İqtisadi Rayonunda hər hansı erməni ordusu, erməni silahlı hərbi billəşməsi, qüvvəsi, dəstəsi ola bilməz. İndi varsa, qanunsuz sayılır. Ermənistan ərazisindən Qarabağ İqtisadi Rayonuna hər hansı atəş açılması Azərbaycana Ermənistan ərazisindəki atəş nöqtələrini dərhal susdurmaq haqqı verir. KTMT-nin qarışmaq haqqı olmur. Çünki, Ermənistan özünü müdafiə etmir, qonşu dövlətə hücum edir. KTMT-də razılaşmaya əsasən tərəflərdən birinin ərazisi hücuma məruz qalarsa digər KTMT dövlətləri kömək edir. Ermənistanın 10 noyabr razılaşmasının müddəalarına əməl etməməsi, öz öhdəliklərini yerinə yetirməməsi onun KTMT-yə müraciət hüququnu da minimuma endirir”.

Rüya tabirlerini burdan oku

E. Sadıqov qeyd etdi ki, İrandan aldığı PUA və raketlərə arxayınlıq erməni xalqını fəlakətə sürükləməkdir.

“Bu silahların istifadəsi Fransa daxil hər hansı bir dövlətin məsələyə (siyasi və digər) müdaxiləsini minimallaşdırır. Əgər hər hansı erməni təxribatı olarsa Ermənistan öz öhdəliklərini yerinə yetirənə qədər rus sülhməramlılarının məsələyə nəzarətdən imtina edib kənara çəkilmə haqları da var. Ümumiyyətlə, hər hansı erməni təxribatı Ermənistanı çıxılmaz dalana sürükləməkdir. Bu təxribatın bedeli Zəngəzur dəhlizi, bu dəfə Ermənistanın tamamilə çökməsi və ya altından çıxılmayacaq təzminatdır”.

Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İrandan #aldığı #PUAlara #arxayınlıq #erməni #xalqını #fəlakətə #sürükləyəcək

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu