fbpx

İrandan Azərbaycana gətirilən 20 tona yaxın zərərli portağal məhv edilib

BEY.AZ informasiya agentliyi xəbər verir


İrandan Azərbaycana gətirilən 20 tona yaxın zərərli portağal məhv edib.

Bu barədə Metbuat.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

“Best Supply Company” MMC-nin İrandan idxal etdiyi 19 400 kq portağal məhsuluna Agentliyin müfəttişlərinin keçirdiyi baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında karantin tətbiq olunan zərərli orqanizm – Sitrus tristeza virusu aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsinə dair qərarlar qəbul edilib.

Zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyası Sumqayıt Şəhər Poliqonunda məhv edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İrandan #Azərbaycana #gətirilən #tona #yaxın #zərərli #portağal #məhv #edilib

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin