İrandan Azərbaycana gətirilən 24 tona yaxın yararsız kartof məhv edilib
BEY.AZ informasiya agentliyi xəbər verir
İrandan Azərbaycana gətirilən 24 tona yaxın yararsız kartof məhv edilib.
Bu barədə Metbuat.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Belə ki, Agentlik əməkdaşları fiziki şəxs Tağıyev Əhməd Şəmistan oğlunun İrandan idxal etdiyi ərzaqlıq kartof məhsulundan nümunələr götürürək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edib.
Müayinələr nəticəsində idxal edilmiş 23 700 kq ərzaqlıq kartof məhsulunda karantin tətbiq edilən fitopatogen bakteriyalar – kartofun qonur çürüməsi (ralstonia solanacearum) aşkar edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sınaq nəticəsi uyğunsuz çıxmış ərzaqlıq kartof məhsulunun gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib. İstehlaka yararsız məhsul tullantılar üçün nəzərdə tutulmuş xüsusi poliqonda məhv edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İrandan #Azərbaycana #gətirilən #tona #yaxın #yararsız #kartof #məhv #edilib