fbpx

İrandan narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 29 kiloqram 455 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində avqust ayının 20-də saat 12:15-də Yardımlı rayonu Ləzran kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində ümumi çəkisi 5 kiloqram 15 qram narkotik vasitə (2 kq 430 qram marixuana, 2 kq 585 qram tiryək) və saat 13:10-da Cəlilabad rayonu Edişə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində ümumi çəkisi 24 kiloqram 440 qram narkotik vasitə (13 kq 760 qram marixuana, 7 kq 870 qram heroin, 1 kq 815 qram tiryək, 995 qram metamfetamin) aşkar olunaraq götürülmüşdür.

Rüya tabirlerini burdan oku

Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İrandan #narkotikin #ölkəyə #keçirilməsinin #qarşısı #alındı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu