fbpx

İranın hərbi obyektləri dronlarla atəşə tutuldu

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Şənbə günü axşam saatlarında İsfahan şəhərinin mərkəzində İranın Müdafiə Nazirliyinə aid hərbi obyektə dron hücumu edilib.

Metbuat.az “Al Arabiya” nəşrinə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Bəyanatda hadisə “uğursuz hücum” kimi qeyd edilib.

Rüya tabirlerini burdan oku

Nazirlik hücumun məsuliyyətini heç bir konkret ölkə və ya qrupa aid etməyib.

“Yanvarın 28-i axşam saat 23:30 radələrində Müdafiə Nazirliyinin emalatxana komplekslərindən birinə dronlardan istifadə etməklə uğursuz hücum həyata keçirilib. Bir dron hava hücumundan müdafiə vasitələri ilə vurulub, digər ikisi isə müdafiə sistemləri vasitəsilə partladılıb”, – bəyanatda deyilir.

“Xoşbəxtlikdən, bu uğursuz hücum heç bir insan itkisinə səbəb olmayıb və emalatxananın damına cüzi ziyan vurub” deyə nazirlik əlavə edib.

Daha əvvəl İsfahan qubernatorunun müavini şəhərdə güclü partlayış səsi eşidilməsi xəbərindən sonra Müdafiə Nazirliyinə bağlı obyektdə partlayış baş verdiyini təsdiqləyib.

Bundan başqa, sosial şəbəkələrdə Təbriz, Rəşt, Həmədan və digər şəhərlərdə hava hücumlarının əks olunduğu videolar paylaşılıb.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İranın #hərbi #obyektləri #dronlarla #atəşə #tutuldu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu