fbpx

“İranın Rusiyaya verdiyi PUA-lar ərəb ölkələri üçün təhlükəlidir”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Ukraynaya qarşı müharibədə İran silahlarından yalnız Rusiya ordusu istifadə etmir. Ukrayna ordusuna da İran silahları göndəriləcək”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı politoloq Elxan Şahinoğlu edib. O bildirib ki, bu dəfə silahları Tehran göndərməyəcək.

“Deməli, İran savaşın davam etdiyi Yəməndəki tərəfdaş qruplara illərdir gizli yollarla silah və sursat göndərib. ABŞ bunların bir hissəsini Yəmənin dəniz limanlarında ələ keçirib. Söhbət minlərlə tüfəngdən, milyonlarla patrondan və tank əleyhinə minalardan gedir. Bunlar Amerikaya lazım deyil, ancaq Ukrayna ordusuna istənilən təhcizat faydalıdır. Ona görə də Vaşinqton ələ keçirdiyi İran silah və sursatlarını Ukraynaya göndərməyi planlaşdırır, sadəcə bunun üçün Ağ Ev Konqresin razılığını almalıdır”.

Rüya tabirlerini burdan oku

Politoloq məlumat üçün qeyd etdi ki, Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda ABŞ-la ərəb ölkələrinin diplomatları arasında məsləhətləşmələr keçirilib. Amerikalı diplomatlar ərəb həmkarlarına İran təhlükəsi barədə əlavə məlumat veriblər, onu da deyiblər ki, İranın Rusiyaya verdiyi pilotsuz uçuş aparatları gələcəkdə ərəb ölkələri üçün təhlükə mənbəyinə çevriləcək.

“Bu xəbərdarlığa qədər də İran bölgədəki müttəfiq silahlı qruplar vasitəsilə ərəb ölkələrinin bir qismini hədəf götürüb. İran istehsalı olan dronlar Yəmən üzərindən Səudiyyə Ərəbistanının neft emalı zavodlarına zərbələr endirmişdi. İranın pilotsuz uçuş aparatlarının istifadə trayektoriyası genişlənib. Ona görə də İrana qonşu ölkələrin hava məkanlarını gücləndirməsi vacibdir”.

Qeyd edək ki, bir neçə gün öncə “The Guardian” Tehrandakı mənbələrə istinadən xəbər vermişdi ki, İran yeni növ qabaqcıl uzun mənzilli döyüş pilotsuz uçuş aparatlarını Rusiyaya aparmaq üçün qaçaqmalçılıq yolu ilə qayıqlardan və dövlətə məxsus aviaşirkətdən istifadə edir. Nəşr yazmışdı ki, PUA-lar gələcəkdə Ukraynadakı müharibədə Rusiya tərəfindən istifadə ediləcək. “The Guardian”nın məlumatına görə, Rusiya zabitləri və texniki mütəxəssislərinin 2022-ci ilin noyabrında Tehrana xüsusi səfərindən sonra İran tərəfi ən azı 18 PUA-nı Rusiya Hərbi Dəniz Qüvvələrinə təhvil verib. Onların arasında hər qanadının altında iki raket olmaqla 200 km məsafəyə qədər uçmaq qabiliyyətinə malik “Mohajer-6”, həmçinin 12 ədəd “Shahed 191” və “Shahed 129” PUA-ları olub.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İranın #Rusiyaya #verdiyi #PUAlar #ərəb #ölkələri #üçün #təhlükəlidir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu