İrlandiya “TikTok”u 345 milyon avro cərimələdi
BEY.AZ informasiya agentliyi xəbər verir
İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası (“Data Protection Commission”, DPC) Çinin “ByteDance” şirkətinə məxsus olan “TikTok” sosial şəbəkəsini uşaqların şəxsi məlumatlarının mühafizəsi sahəsində pozuntulara görə 345 milyon avro cərimələyib.
Metbuat.az “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə tənzimləyicinin press-relizində deyilir.
Pozuntular 2020-ci il iyulun 31-dən dekabrın 31-dək olan dövrə aiddir. Həmçinin komissiya müəyyən edib ki, uşaqların profilləri heç bir bildiriş göndərilmədən açıq olub, nəticədə onların yerləşdirdikləri paylaşımlar, “TikTok”da qeydiyyatdan keçməyənlər də daxil olmaqla, qeyri-məhdud sayda insan üçün əlçatan olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İrlandiya #TikToku #milyon #avro #cərimələdi