fbpx

İşə düzəltmək adı ilə 12 min manat mənimsəyən şəxs saxlanılıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Şirvanda işlə təmin etmək adı ilə iki nəfərin 12 min manat pulunu ələ keçirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Aydın Həsənov saxlanılıb.

Rüya tabirlerini burdan oku

Araşdırmalar zamanı məlum olub ki, A.Həsənov şəhər sakini olan iki vətəndaşın etibarından istifadə edərək onlara yüksək məvacibli yaxşı işlə təmin edəcəyi barədə vədlər verərək ümumilikdə onların 12000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Polis əməkdaşları həmin şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

Əgər A.Həsənovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-nə məlumat vermələri xahiş olunur.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu